...

Azərbaycan və Belarus peykdən görüntülərin alınmasına dair saziş imzalayacaqlar

Telekommunikasiya Materials 27 Aprel 2013 17:02 (UTC +04:00)
Belarus və Azərbaycan Belarus Kosmik Aparatından (BKA) əldə edilən məlumatlardan istifadə üzrə əməkdaşlıq haqqında saziş imzalamaq barədə razılığa gəliblər.
Azərbaycan və Belarus peykdən görüntülərin alınmasına dair saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

Belarus və Azərbaycan Belarus Kosmik Aparatından (BKA) əldə edilən məlumatlardan istifadə üzrə əməkdaşlıq haqqında saziş imzalamaq barədə razılığa gəliblər. Trend-in BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Milli Elmlər Akademiyasının (BMEA) mətbuat xidməti xəbər yayıb.

Saziş layihəsi artıq hazırlanıb və baxılması üçün Azərbaycan tərəfinə təqdim edilib. May ayı ərzində bütün hüquqi prosedurlar başa çatdırılacaq. Azərbaycan ekoloji nəzarət və xəritəçəkmənin aktual tapşırıqlarının həlli üçün BKA-dan görüntülərin alınmasına maraq göstərir.

BMEA-nın "Geoloji informasiya sistemləri" elmi mühəndislik respublika unitar müəssisəsinin direktoru Sergey Zolotoy deyib ki, yaxın vaxtlarda görüntülərin Rusiya Meşə Təsərrüfatı Nazirliyinə və Cənub-Şərqi Asiya ölkələrinə satılması da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti