...

"Sazz İnternet" Silahlı Qüvvələr Günü münasibətilə aksiya keçirir

Telekommunikasiya Materials 25 İyun 2013 19:43 (UTC +04:00)
Genişzolaqlı simsiz internet xidməti göstərən "Sazz İnternet" şirkəti 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.
"Sazz İnternet" Silahlı Qüvvələr Günü münasibətilə aksiya keçirir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Genişzolaqlı simsiz internet xidməti göstərən "Sazz İnternet" şirkəti 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniyada iştirak edən bütün hərbi qulluqçulara AX 326 USB modemi hədiyyə olunacaq. Kampaniya iştirkaçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.

Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən Sazz satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası iyun ayının 26-dan 30-na qədər şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlədindəki bütün Sazz satış nöqtələrində keçiriləcək. Satış nöqtələrinin siyahısı www.sazz.az saytında yerləşdirilib.

"Sazz İnternet"in bütün satış nöqtələri həftənin şənbə və bazar, həmçinin bütün bayram günlərində xidmət göstərir.

Xatırladaq ki, "Sazz İnternet" yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda "Sazz İnternet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə "Sazz İnternet"in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti