...

SAZZ İnternet və "Enginet"in birgə lahiyəsi yeniyetmələri internetdəki təhlükəli saytlardan qoruyacaq

Telekommunikasiya Materials 11 İyul 2013 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Sazz İnternet provayderi ENGINET MMC-nin texniki dəstəyi ilə yeniyetmələr üçün xüsusi filtrlənmiş İnternet xidmətini göstərməyə başlayıb. Filtrlənmiş İnternet xidməti məktəbliləri və yeniyetmələri virtual mühitdə mövcud olan pornoqrafik materiallardan, zorakılıq, ekstremizm və terrorizmi təbliğ edən, habelə qeyri-normativ leksikalı internet mənbələrindən mühafizə etmək üçün yaradılıb.

"Yeniyetmə" adı ilə təqdim olunan filtrlənmiş İnternet paketi Sazz provayderinin istifadə etdiyi simsiz texnologiya vasitəsilə saniyədə 10 Mb sürətlə limitsiz trafiklə təqdim olunacaq. Paketin aylıq abunə haqqı 25 manatdır.

"E-learning 1:1" proqramı çərçivəsində daha əvvəl AX 326 modemlərini əldə etmiş istifadəçilər müqavilələrinin nüsxəsini istənilən Sazz satış nöqtəsinə təqdim edərək xidmətə öz modemləri ilə qoşula biləcəklər. "Yeniyetmə" paketindən istifadə etmək istəyən digər abunəçilər isə Sazz şirkəti tərəfindən təklif olunan USB AX 326 və ya stasionar IX 380 modemini əldə edib xidmətə qoşula bilərlər.

Xidmətə Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən Sazz İnternet baş ofisində, eləcə də bütün Sazz İnternet satış nöqtələrində qoşulmaq olar. Abunə haqqı ödənişlərini nağd olaraq Sazz ofislərində, ya da "onlayn" olaraq şirkətin www.sazz.az ünvanlı rəsmi saytındakı "şəxsi kabinet"dən qəbul olunur. Sazz İnternetin satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.

Xatırladaq ki, Sazz İnternet yeni abunəçilərə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Yaxın iki ay ərzində Sazz İnternetin əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti