Azərbaycan, Bakı, 30 iyul /Trend/
Azərbaycanın ən böyük simsiz internet provayderi olan "Sazz 4G" öz əhatə dairəsini genişləndirməyə davam edir. Artıq "Sazz İnternet" xidmətlərindən Lənkəran şəhərində də faydalanmaq mümkündür.
İndi Lənkəran şəhər sakinləri "Sazz 4G" xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.
"Sazz 4G" müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində, Həzi Aslanov küçəsi, 25 ünvanında yerləşir. Bura müraciət edən vətəndaşlara provayderin baş ofisində təlim keçmiş satıcı və texniki dəstək qrupu xidmət göstərir.
Abunə olmaq istəyənlər cəmi bir neçə dəqiqə ərzində abunəçi müqaviləsini rəsmiləşdirib "Sazz 4G İnternet" şəbəkəsinə qoşula bilərlər. Bütün şəbəkə üzrə olduğu kimi, provayderin yeni abunəçilərə təqdim etdiyi 5 günlük test imkanı lənkəranlılara da şamil edilir. Belə ki, hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə "Sazz" şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geri ala bilərlər.
"Sazz 4G"-nin mətbuat xidmətinin verdiyi məlumata görə, bir neçə günə Masallı, Lerik və Astara şəhərlərində də Sazz-ın müştəri xidmətləri ofisləri xidmət göstərəcəklər.
Qeyd edək ki, "rouminq" xüsusiyyətinə malik olan "Standart" tarifi ilə "Sazz İnternet"ə qoşulan abunəçilər provayderin əhatə dairəsinin istənilən nöqtəsində, heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.
"Sazz İnternet" Bakı və Xırdalan şəhərləri, həmçinin Abşeron yarımadasının əksər sahilyanı qəsəbələri və çimərlik zonalarından başqa, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir.