...

KATV1 yayımlanan rəqəmsal telekanalların sayını artırdı

Telekommunikasiya Materials 11 Avqust 2014 10:58 (UTC +04:00)
KATV1 kabel televiziyası 9 illik fəaliyyətinin ildönümü ilə əlaqədar abunəçilərinə növbəti töhvəsini verdi.
KATV1 yayımlanan rəqəmsal telekanalların sayını artırdı

Azərbaycan, Bakı, 11 avqust /Trend/

KATV1 kabel televiziyası 9 illik fəaliyyətinin ildönümü ilə əlaqədar abunəçilərinə növbəti töhvəsini verdi. Artıq avqustun 11-dən başlayaraq abunəçilər əsas rəqəmsal paketdə 87 deyil, 100 telekanalı izləyə bilərlər. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bununla yanaşı "Genişləndirilmiş Rus" paketində kanalların sayı artıq 36-ya (əvvəl 24), "Genişləndirilmiş Türk" paketi - 27-yə (əvvəl 24), "Super sport" - 18-ə (əvvəl 7) çatdırılıb. Göstərilən müddətdən etibarən rəqəmsal baza paketində həmçinin 10 radiokanal da artıq yayımlanır. Kanallarının sayının artırılmasına baxmayaraq abunə haqqı dəyişilməz qalmışdır. Xidmətin keyfiyyətinin səviyyəsinin yüksəldilməsi üçün KATV1 Müştəri xidmətinin telefon kanallarının sayı artırılmış, yeni avadanlıq və proqram təminatı tətbiq olunmuşdur.

KATV1 kabel televiziyasının 9 illiyi münasibəti ilə avqustun 24-dək bütün kanallar açıq şəkildə yayımlanacaq

Qeyd edək ki, KATV1 kabel televiziyası abunəçilərə "ethernet" texnologiyası ilə yüksək sürətli internet xidməti də göstərir. Abunəçilər yükəsk keyfiyyətli televizya və intentet xidmətlərindən bir arada sərfəli qiymətlərlə istifadə edə bilər. Əlavə məlumatı 127 nömrəli zəng mərkəzindən yaxud KATV1 kabel televiziyasının ofis və filiallarından əldə etmək olar.

KATV1 kabel televiziyasının rəqəmsal yayımın keyifiyyətinin yüksəldilməsi üzrə gördüyü tədbirlər Azərbaycan Respublikasının bu istiqamətdə həyata keçirdiyi strategiyaya tam uyğundur. Qeyd etmək lazımdır ki, hazırda ölkədə rəqəmsal tv-texnologiyalar Nazirlər Kabinetinin 26 saylı 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş İnkişaf proqramına uyğun həyata ke?irilir. Cənubi Qafqazın aparıcı kabel televiziya operatoru olan KATV1 davamlı olaraq öz şəbəkəsini genişləndirir və Bakı, Gəncə, Xırdalan, Mingəçevir şəhərlərində kabel texnologiyası vasitəsilə rəqəmsal yayımı təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti