...

Nazir müavini: Rusiya TASIM kabel magistralının əhatə dairəsini genişləndirməyi təklif edir

Telekommunikasiya Materials 3 Dekabr 2014 10:54 (UTC +04:00)
Rusiya Trans Avrasiya super informasiya magistralının (TASIM) yeni marşrutunun çəkilməsinə tərəfdardır.
Nazir müavini: Rusiya TASIM kabel magistralının əhatə dairəsini genişləndirməyi təklif edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rusiya Trans Avrasiya super informasiya magistralının (TASIM) yeni marşrutunun çəkilməsinə tərəfdardır. Bunu Trend-ə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov bildirib.

Onun sözlərinə görə, Rusiya TASİM layihəsini tam dəstəkləyir və yeganə istəyi şəbəkənin Rusiyanın cənubunu əhatə etməsi üçün Aşqabad-Mahaçqala marşrutu üzrə uzanması və daha geniş əhatə dairəsinə malik olmasıdır ki, bu, Azərbaycan üçün də vacibdir.

Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi ilə təmsil olunub.

TASİM layihəsinin ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub. Onun reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasındaı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti