...

Azərbaycanın rabitə operatoru simsiz internet xidmətini dayandırır

Telekommunikasiya Materials 8 Mart 2015 15:00 (UTC +04:00)
"Ultel" şirkəti CDMA simsiz şəbəkəsi üzrə xidmətlərin göstərilməsini dayandırır.
Azərbaycanın rabitə operatoru simsiz internet xidmətini dayandırır

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın rabitə opratoru "Ultel" şirkəti CDMA simsiz şəbəkəsi üzrə xidmətlərin göstərilməsini dayandırır. Bunu Trend-ə şirkətdən deyiblər.

Bu xidmət martın 10-dan dayandırılacaq. Bununla əlaqədar şirkət abonentlərinə internetə giriş üçün alternativ texnologiyalardan istifadəni təklif edir.

Şirkətdən qeyd ediblər ki, CDMA şəbəkəsi üzrə məlumatların ötürülməsi xidmətinə tələbat aktuallığını itirib. Buna səbəb onun bazasında yüksəksürətli genişzolaqlı xidmətlərin təşkili imkanlarının olmamasıdır.

Qeyd edək ki, CDMA şəbəkəsində məlumatların ötürülməsi sürəti saniyədə 128 kilobitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti