...

BİRLink abunəçilərinə beynəlxalq “PolyUp” müsabiqəsində iştirak imkanını hədiyyə edir

Telekommunikasiya Materials 27 Aprel 2021 11:24 (UTC +04:00)
BİRLink abunəçilərinə beynəlxalq “PolyUp” müsabiqəsində iştirak imkanını hədiyyə edir

Bakı. Trend:

İnnovativ telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkəti ölkədə təhsilin inkişafına dəstək göstərməkdə davam edir. Bu dəfə, şirkət 27 aprel – 10 may tarixləri ərzində BİRLink-in “Təhsil” tarifinə qoşulan ilk 50 abunəçiyə “Mars Academy” şirkətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq “PolyUp” yaz müsabiqəsində pulsuz iştirak imkanını hədiyyə edəcək.

Hər il keçirilən bu beynəlxalq yarışma bu dəfə 4-9 sinif şagirdləri arasında baş tutacaq və 7 həftə ərzində iştirakçılar riyazi tapşırıqlardan ibarət olan “Poly maşınları” hazırlayıb və onları həll edib “Poly xalları” qazanacaqlar. Bu il keçirilən müsabiqəsinin özəlliyi də, iştirakçıların yaradacaq 3D maşınlarda “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptinin tətbiqidir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı az.polychallenge.org saytından əldə etmək olar.

Qeyd edək ki, “Təhsil” tarifinə yalnız təhsil işçiləri qoşularaq sürətli optik bağlantı, güzəştli mobil rabitə, ödənişsiz texniki dəstək və digər imtiyazları əldə bilərlər. Daha ətraflı məlumatı 24/7 fəaliyyət göstərən *1199 BİRLink Çağrı Mərkəzinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti