...

Azercell Britaniya operatoru ilə rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 1 Dekabr 2006 19:33 (UTC +04:00)

Azərbaycan mobil operatoru olan Azercell Telecom müştərək müəssisəsi Britaniyanın "O2, UK" MM-lə birlikdə abunəçilərin istifadəsinə GPRS/MMS rouminq sazişini təqdim edib. Trend şirkətin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu, artıq Britaniya ilə ikinci GPRS/MMS rouminq sazişidir.

Azercell abunəçiləri hələ də bu ölkənin "Iodafone"operatorunun xidmətlərindən istifadə edir.hazırda Azercell Telecom MM GPRS/MMS sahəsində rouminq haqqında 30 ölkədən 63 şəbəkə operatoru ilə saziş imzalayıb.

Azercell Telecom müştərək müəssisəsi 1996-cı il 19 yanvarda təsis edilib. İlk təsisatçılar kimi Turkcell və Azərbaycan Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 1996-cı il 15 dekabrda başlayıb və abunəçilərinə sonradan ödəmə əsasında mobil xidmət təklif edib. 1998-ci ildə öncədən ödəmə sistemi -SimSim tarif planı, 2005-ci ilin mayından isə gənclər üçün tarif planı GəncSim həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti