...

Softline Azərbaycanda "Kasperski laboratoriyası"nın rəsmi distribütoru statusunu aldığını bildirib

Telekommunikasiya Materials 5 Dekabr 2006 18:31 (UTC +04:00)

Softline Azərbaycanda "Kasperski laboratoriyası"nın rəsmi distribütoru statusunu aldığını bildirib. Trend Softline şirkətinin MDB ölkələrində regional biznesin inkişafı üzrə rəhbəri Maksim Karamışevə istinadən xəbər verir ki, statusun coğrafiyasının genişlənməsi Softline şirkətinə sifarişlərin yerləşdirilməsini və Azərbaycanda və Gürcüstanda "Kasperski laboratoriyası"nın proqram təminatının çatdırılmasını optimallaşdırmağa, şirkətin Azərbaycan bazarında nüfuzunu yüksəltməyə imkan verəcək.

"Müvafiq olaraq, "Kasperski laboratoriyası" şirkəti bölgədə öz leqal məhsulunun bazarını genişləndirmək üçün əlavə imkan əldə edəcək", - deyə o bildirib.

Softline artıq "Kasperski laboratoriyası"nın Rusiya, Belarusiya, Özbəkistanda (Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan ərazisi) rəsmi distribyutorudur.

Softline şirkətinin perspektiv planlarında "Kasperski laboratoriyası" məhsullarının Azərbaycanda və Gürcüstanda irəliləməsinə yönəlmiş bir sıra marketinq tədbirlərinin keçirilməsi durur.

Xəbər lenti

Xəbər lenti