...

Azeurotel abunəçilərini internet şəbəkəsində yayılmış təhlükəli proqramla bağlı xəbərdarlıq edir

Telekommunikasiya Materials 14 Fevral 2007 17:32 (UTC +04:00)

Azeurotel BM abunəçilərini internet şəbəkəsində yayılmış "dayler" proqramı ilə bağlı xəbərdarlıq edir. Azeurotel-in məlumatına istinadən Trend xəbər verir ki, internetə Dial-up rejimində qoşularaq xüsusi saytlara daxil olarkən "dayler" proqramı avtomatik olaraq yüklənir və telefonun şəhərlərarası və ya beynəlxalq çıxışı ("0" və ya "00") açıqdırsa, bu proqram vasitəsilə beynəlxalq telefon stansiyasından müxtəlif beynəlxalq istiqamətlərdə yığma həyata keçir.

Nəticədə abunəçiyə həyata keçirilmiş beynəlxalq yığmalara əsasən müvafiq məbləğ hesablanır, həmçinin kompüterə virusun düşməsi və informasiyanın digər istifadəçilər tərəfindən istifadəsi mümkünlüyü artır.

Bunu nəzərə alaraq, şirkət abunəçilərini internetlə istifadə zamanı beynəlxalq danışıqlara görə borcun əmələ gəlməməsi üçün əyləncəli saytlara daxil olarkən diqqətli olmağa çağırıb. Eyni zamanda adıçəkilən hallardan sığortalanmaq üçün şəhərlərarası və ya beynəlxalq çıxış ("0" və ya "00") ya bağlanmalı, ya da onlara kodlaşdırma sistemi birləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti