...

Azərbaycanda informasiya sistemləri və resursların reyestri yaradılacaq

Telekommunikasiya Materials 30 Mart 2007 10:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya sistemləri və resurslarının reyestrini yaratmağı planlaşdırır. Bu barədə informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədova istinadən nazirliyin mətbuat xidməti məlumat verib.

Onun sözlərinə görə, bu sahədə məşğul olan şirkətlərin uçotu hazırlanacaq və onların fəaliyyətinə nəzarət olunacaq.

"Əsas məqsəd müəyyən standartlara uyğun veb-saytların uyğunluğuna nail olmaq və etibarlılığı artırmaqdır. Bu yaxınlarda Nazirlər Kabineti dövlət müəssisələrinin saytları ilə bağlı yeni qaydaları təsdiqləyib və saytlar həmin qaydalara əsasən yaradılacaq", deyə nazirliyin nümayəndəsi bildirib.

R.Gülməmmədovun bildirdiyinə görə, İnternet resurslarının yaradılması ilə məşğul olan şirkətlərə münasibətdə müəyyən tələblər irəli sürüləcək. Onlar son beş il ərzində fəaliyyətlərinin nəticələri barədə hesabat verməlidir, bu şirkətlərin əməkdaşları 10 illik iş təcrübəsinə və digər tələblərə malik olmalıdır.

Xəbər lenti

Xəbər lenti