...

İsmayıllıda elektron ATS-in quraşdırılması üzrə tender elan olunub

Telekommunikasiya Materials 25 May 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İsmayıllı Telekommunikasiya Qovşağı (TKQ) İvanovka kəndində yeni elektron ATS-in quraşdırılması üzrə tender elan edib. TKQ-in məlumatında bildirildiyi kimi, elektron ATS-in həcmi 768/60 nömrə təşkil etməlidir.

Maraqlı şirkətlərin təklifləri iyunun 8-dək qəbul olunacaq. Paketlərin açılması iyunun 9-da TKQ-da keçiriləcək.

Rabitənin yenidən qurulması və ATS-in quraşdırılması üzrə işlər "Elektron Azərbaycan" dövlət proqramı və Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində aparılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, regionlarda elektronlaşdırma səviyyəsi 66 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti