...

Azərbaycanda rabitə xidmətlərinin həcmi artır

Telekommunikasiya Materials 18 İyul 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-iyun aylarında Azərbaycanda 307,4 mln. manatlıq rabitə xidmətləri göstərilib. Bu, 2006-cı ilin analoji dövrü ilə müqayisədə 19,1 faiz artıqdır. Məlumatı Azərbaycanın Dövlət Statistika Komitəsi yayıb.

Göstərilən xidmətlərdən 76,1 faiz özəl şirkətlərin payına düşür. Digər 23,9 faiz isə dövlət strukturlarının üzərinə düşür. Gəlirlərin 76,5 faizi əhaliyə göstərilən xidmətlərin payına düşüb.

Azərbaycanın bölgələrində də rabitə xidmətlərinin həcmi artıb. Quba-Xaçmas iqtisadi zonasında artım 22,3 faiz təşkil edib. Müvafiq olaraq bu göstərici Şirvan zonasında 13,9 faiz, Şəki-Zaqatala zonasında 13 faiz, Aran bölgəsində 11,9 faiz, Naxçıvanda 27,1 faiz, Lənkəranda 15,1 faiz, Abşeronda 4,6 faiz və Gəncə-Qazax zonasında 10,7 faiz olub.

Xəbər lenti

Xəbər lenti