Bakı. Trend
Bakı. Trend:
Bu ilin dörd ayında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki Palçıq Vulkanları Turizm Kompleksinə ziyarət edənlərin sayı açıqlanıb.
Trend bu barədə Qoruqları İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Belə ki, 2025-ci ilin dörd ayı üzrə ziyarətçi göstəricilər aşağıdakılardır:
Yanvar: yerli 274, əcnəbi 1130, ödənişsiz 344
Fevral: yerli 166, əcnəbi 1600, ödənişsiz 239
Mart: yerli 913, əcnəbi 2461, ödənişsiz 718
Aprel: yerli 917, əcnəbi 5205, ödənişsiz 975
Ümumilikdə: yerli 2270, əcnəbi 10396, ödənişsiz 2276
Qeyd edək ki, bilet qiymətləri Azərbaycan Respublikasının vətəndaşları üçün 5 manat, tələbələr üçün 3 manatdır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları, şəhid ailəsinin üzvləri üçün giriş pulsuzdur. Xarici ölkə vətəndaşları üçün bir nəfərlik biletin qiyməti 15 manatdır. 12 yaşı tamam olmayan xarici ölkə vətəndaşları üçün giriş pulsuzdur.