...

Azərbaycanda II Uşaq Forumu keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2011 12:55 (UTC +04:00)
Payızda Azərbaycanda uşaq hüquqları ilə bağlı II Uşaq Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Azərbaycanda II Uşaq Forumu keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Payızda Azərbaycanda uşaq hüquqları ilə bağlı II Uşaq Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uşaq hüquqları ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir, uşaq hüquqlarının qorunmasında valideynlərin hüquqları xeyli artırılmalıdır.

"Əsas məqsədimiz odur ki, Azərbaycanda sağlam, təhsilli, hərtərəfli inkişaf edən uşaqlar böyüsünlər. Yalnız Komitə deyil, hər bir müvafiq dövlət orqanı da öz sahəsi üzrə bu istiqamətdə güclü işlər aparır", - Hüseynova deyib.

Azərbaycanda I Uşaq Forumu 2009-cu ilin noyabrında keçirilib.

Xəbər lenti

Xəbər lenti