...

Azərbaycanda ilk dəfə Milli Ecazkar Oyunlar Çempionatı keçiriləcək

Cəmiyyət Materials 3 Oktyabr 2012 13:30 (UTC +04:00)
Azərbaycanda ilk dəfə bu ilin sonuna kimi Milli Ecazkar Oyunlar Çempionatı keçiriləcək.
Azərbaycanda ilk dəfə Milli Ecazkar Oyunlar Çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə bu ilin sonuna kimi Milli Ecazkar Oyunlar Çempionatı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, bu çempionat dünyada 1978-ci ildən təşkil olunur. İndiyədək MDB ölkələrindən yalnız Rusiya bu yarışda iştirak edib.

Artıq Azərbaycanın Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə I Milli Ecazkar Oyunlar Çempionatının keçirilməsi layihəsi çərçivəsində Tovuz rayonu və Gəncə şəhərində seçim turları və seminarlar həyata keçirib.

Seminarlarda gənclərə dünyada ildə bir dəfə olmaqla keçirilən beynəlxalq səviyyəli ecazkar zehni oyunlar yarışı (İnternational Puzzle Party-İPP), Nob Yoşiqahara ecazkar oyunlar müsabiqə və sərgisi barədə informasiyalar verilib.

Seminar iştirakçılarına bildirilib ki, bu yarışın iştirakçıları təmsil etdikləri ölkənin yarış qalibləri olmalı, həm yeni oyun yaratmalı, həm də öz yeni ixtiralarını, ecazkar oyun nümunələrini özləri təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti