...

Deputat: Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər

Nəzər nöqtəsi Materials 18 May 2018 17:30 (UTC +04:00)
Müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar artıq öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər və bir-birilərini ittiham etməyə başlayıblar.
Deputat: Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər

Bakı. Elçin Mehdiyev - Trend:

Müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar artıq öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər və bir-birilərini ittiham etməyə başlayıblar.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, müxtəlif antiazərbaycan mərkəzlər bu və ya digər formada müxtəlif dəyərləri istismar etməklə Azərbaycana qarşı daim təxribatçı mövqe tuturlar və çox təəssüf ki, bu prosesdə ölkəmizdə qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən, siyasi baxışlarının guya fərqli olduğunu irəli sürən, ayrı-ayrı adamları şantaj edən qruplardan da istifadə edirlər:

“Ancaq əlbəttə ki, Azərbaycana qarşı bu düşünülmüş, məqsədyönlü strategiya uğurlu olmur, çünki Azərbaycan cəmiyyəti nəyin baş verdiyinin fərqindədir və ona qarşı necə mübarizə aparmağın yollarını da bilir. Artıq bu uğursuz taktika, yəni şantaj taktikası nəticə vermir və müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar özləri öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər, bir-birilərini qısqanırlar və onlara tapşırılan işi əslində yarıtmadığına görə “ağaları” tərəfindən bir növ cəzalandırılırlar, onların maliyyə mənbələri kəsilir. Son dövrlərdə sosial şəbəkələrdə bir-birilərini qarşılıqlı şəkildə ittiham etmələri, verilən qrantın mənimsənilməsi ilə bağlı iddialar irəli sürmələri bununla bağlıdır”.

Deputat vurğulayıb ki, əlbəttə, öz xalqının, öz millətinin iradəsinə qarşı, onun maraqlarına qarşı çıxış etmək heç bir halda yaxşı hal deyil: “Bu hadisə bir daha onu göstərir ki, bu cür addımların perspektivi yoxdur və Azərbaycanda olan sabitliyi pozmağa heç kəs qadir deyil, çünki Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Ona görə, Azərbaycan əleyhinə olan mərkəzlər də, onlara xidmət edənlər də bu həqiqəti nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar”.

Qeyd edək ki, mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə büruzə verir, hətta təhqiramiz şəkil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti