...

Gündüz İsmayılov: Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar

Nəzər nöqtəsi Materials 29 İyun 2018 12:22 (UTC +04:00)
Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar.
Gündüz İsmayılov: Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar

Bakı. İlhamə İsabalayeva - Trend:

2000-ci ilə qədər Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bəzi dini icmaların hüquqi ünvanı şəxsi ev və qarajdır. Lakin komitə özü bunların qeydiyyatını ləğv edə bilmir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar: "Lakin bu halda da həmin icma sədri etiraz edə bilər ki, heç bir qanunsuzluq etməyib?"

G.İsmayılov təklif edib ki, belə halların qarşısını almaq üçün ya dini icmaların üzvləri özləri icmanı ləğv etdirməli, ya da qanunvericiliyə dəyişiklik edilməlidir.

Komitə rəsmisi bu məsələ ilə bağlı onlara hər hansı səlahiyyətin verilməsindən məmnun qala biləcəklərini də söyləyib.

G.İsmayılov əlavə edib ki, bəzən sənədlər düzgün tərtib edilmədiyindən komitə onları qeydiyyata ala bilmir. Bu da dini icmaların narazılığına səbəb olur.

O, din xadimlərinin də qanunvericiliyi bilməsini vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti