...

Azərbaycanlı Oleq Babayev Ali Radanın deputatı seçilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2007 12:22 (UTC +04:00)
Azərbaycanlı Oleq Babayev Ali Radanın deputatı seçilib

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Azərbaycanlı Oleq Babayev Yuliya Timoşeko Blokunun (YTB) siyahısı üzrə Ali Radanın deputatı seçilib. Elan edilən rəsmi məlumata müvafiq olaraq YTB Parlamentdə 156 deputat mandatına malik olacaq. Babayev YBT-nın seçki siyahısında 109-cu olub.

1965-ci il təvəllüdlü Oleq Babayev ali təhsilə malikdir. Hazırda "Vorskla" (Poltava) futbol klubunun prezidentidir. Poltava vilayətinin Kremençuq şəhərində yaşayır.

Həmçinin daha bir azərbaycanlı Eduard Zeynalovun da, deputat olmaq üçün yaxşı şansı var. O, Bizim Ukrayna - Xalq Özünümüdafiəsi Blokunun (NU-NS) siyahısında 76-cı yerdə idi. Bu Blok seçkilərin nəticələrinə görə, Ukrayna Parlamentində 72 deputat mandatına malik olacaq. Ekspertlərin qiymətləndirməsi üzrə NU-NS Parlament Koalisiyasının heyətinə daxil olacaq və bu Blokun təmsilçiləri Hökumət vəzifələrinə təyin olunacaq. Ukrayna qanunvericiliyinə müvafiq olaraq, belə olan halda onlar boş qalmış deputat yerlərini doldurmalıdırlar.

Çıxmış deputatların yerinə seçki siyahısına müvafiq olaraq yeni deputatlar təyin olunur.

Ukraynada növbədən kənər parlament seçkilərində, Babayev və Zeynalovdan başqa daha üç azərbaycanlı öz namizədliyini irəli sürüb. Lakin səsvermənin nəticələrinə görə onlar Ali Radaya düşmür.

Xəbər lenti

Xəbər lenti