...

Azərbaycan parlamentinin spikeri RF-nin Dövlət Dumasının birinci iclasında iştirak edib

Dünya xəbərləri Materials 24 Dekabr 2007 18:47 (UTC +04:00)

Rusiya, Moskva/ " Trend", müxbir R.Ağayev/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov beşinci çağırış RF-nin Dövlət Duması Federal Məclisinin bazar ertəsi açılan birinci, təntənəli iclasında fəxri qonaq qismində iştirak edib. Əsədov Rusiya parlamentinin-Dövlət Dumasının Aşağı Palatasının rəhbərliyinin dəvəti ilə Moskvadadır.Ənənə üzrə, Dövlət Dumasının birinci iclasını yeni çağırış Dövlət Dumasının ən yaşlı deputatı, RFKP-nin üzvü, Nobel Mükafatı laureatı Jores Alferov açıb və deputatlara növbəti dörd ildə uğurlar arzulayıb. İclasda RF hökumətinin sədri Viktor Zubkov çıxış edib. O, xalq nümayəndələrinə uğurlar və səmərəli iş arzulayıb. Dumanın yeni tərkibinin aparıcı təşəbbüslərdə hökuməti dəstəkləyəcəyinə ümid etdiyini bildirib. MSK-nın sədri Vladimir Çurov deputatları dekabrın 2-də keçirilən seçkilər haqqında məlumatlandırıb. Onun sözlərinə görə, parlament seçkilərində 63.78% seçici iştirak edib və onlardan 91.75%-i parlamentdə təmsil olunan dörd partiyaya səs verib. "Vahid Rusiya" parlamentdə 315, Kommunist Partiyası 57, Liberal Demokratlar 40, "Ədalətli Rusiya" 38 mandat alıb. Çurov bildirib ki, yeni Dumanın 86%-i - 387 deputat kişidir. Zərif cinsin nümayəndələri parlamentdə cəmi 63 yer alıblar.

Xəbər lenti

Xəbər lenti