...

CAR prezidenti vaxtından əvvəl istefaya getməyə razı oldu

Dünya xəbərləri Materials 21 Sentyabr 2008 00:11 (UTC +04:00)
CAR prezidenti vaxtından əvvəl istefaya getməyə razı oldu

CAR-da iqtidarda olan Afrika Milli Konqresi (AMK) ölkə prezidenti Tabo Mbekiyə müraciət edərək vəzifəsindən getməyi xahiş edib. AMK-nın baş katibi Qvede Mantaşe bəyan edib ki, Milli icraiyyə komitəsi dövlət başçısının səlahiyyət müddətinin (2009-cu ili naprel ayı) başa çatmasından əvvəl Mbekini istefaya səsləmək qərarına gəlib. Mantaşenin sözlərinə görə, o Mbeki ilə bu haqda söhbət aparıb və prezident vaxtından əvvəl istefaya getməyə razılıq verib.

Hələlik CAR-da növbədənkənar prezident seçkilərindən söhbət getmir. AMK-nın yaydığı xəbərə görə, parlament müvəqqəti olaraq dövlət başçısının səlahiyyətlərini icra edən şəxsin namizədliyini təsdiq etməyincə, Mbeki vəzifəsində qalacaq. Güman olunur ki, Mbeki Zimbabve prezidenti Robert Muqabe ilə müxalifət nümayəndəsi arasındakı danışıqlarda vasitəçilik missiyasını tam həcmdə yerinə yetirəcək. (Associated Press)

Xəbər lenti

Xəbər lenti