...

Dünya ahıska türklərinin lideri " Kürmet" fəxri fərmanına layiq görülüb

Dünya xəbərləri Materials 28 Mart 2009 09:42 (UTC +04:00)

Qazaxıstan, Almatı, 28 mart / Trend müxbir R.Мəşədihəsənli/ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə Dünya Ahıska Türkləri Birliyinin rəhbəri və Qazaxıstandakı Ahıska türkləri Milli Mərkəzinin sədri Ziyaeddin İsmixanoğlu Qazaxıstan Xalqları Assambleyasının "Kürmet" fəxri fərmanına layiq görülüb. Bu barədə Trend müxbirinə Dünya Ahıska Türkləri Birliyinin mətbuat mərkəzindən şənbə günü məlumat verilib.
Verilən məlumata görə, İsmixanoğlu bu fərmana Qazaxıstan xalqlarının dostluq, millətlərarası anlaşma və mədəniyyətlərin inkişafındakı xidmətlərə görə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti