...

Ölkə Milliyətçi Hərəkat Partiyasına inanmır - Baş nazir Rəcəb Tayyib Ərdoğan

Dünya xəbərləri Materials 1 Dekabr 2009 14:14 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi toplantıda türk xalqının ölkədə olan Milliyətçi Hərəkat Partiyasına (MHP) inanmadığını bildirib.
Ölkə Milliyətçi Hərəkat Partiyasına inanmır - Baş nazir Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi toplantıda türk xalqının ölkədə olan Milliyətçi Hərəkat Partiyasına (MHP) inanmadığını bildirib. Bu haqda Türkiyənin CNN TÜrk telekanalı məlumat verib.

"Ölkə Milliyətçi Hərəkat Partiyasına inanmır", - deyə Ərdoğan bildirib. Baş nazir onu da qeyd edib ki, ölkənin "tənbəl, ölkə üçün heç bir iş görməyən" müxalifətə ehtiyacı yoxdur.

"Hakim partiyaya heç bir qüvvə müxalifət olmaq iqtidarında deyil", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti