...

Livan Prezidenti dekabrın ortalarında ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 4 Dekabr 2009 12:47 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama livanlı həmkarı Mişel Süleymanla dekabrın ortaları Vaşinqtonda danışıqlar aparacaq
Livan Prezidenti dekabrın ortalarında ABŞ-a səfər edəcək

ABŞ Prezidenti Barak Obama livanlı həmkarı Mişel Süleymanla dekabrın ortaları Vaşinqtonda danışıqlar aparacaq, AFP agentliyi Ağ Evə istinadən xəbər verib.

Livan Prezidenti Yaxın Şərqdəki vəziyyətin nizamlanması və Livandakı zəif stabilliyə dəstəklə bağlı Ağ Evin səyləri fonunda ABŞ-a dekabrın 14-də səfər edəcək.

Prezident Obama geniş spektrli məsələləri, həmçinin Livan və ABŞ arasındakı ikitərəfli əlaqələrin möhkəmlənməsi, regionda hərtərəfli sülhün əldə olunması və BMT Təhlükəsizlik Şurası qətnaməsinin həyata keçirilməsi üzrə məsələləri müzakirə etmək niyyətindədir.

Vaşinqton İranyönlü "Hizbullah" partiyasının rəhbərlik etdiyi müxalifətlə çətin və uzun sürən danışıqlardan sonra ötən ay Nazirlər Kabinetini təşkil edə bilən Saad Əl-Həririnin qərbyönlü hökumətini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti