...

Bu dəfə Sepah tələbələrə gül paylayacaq

Dünya xəbərləri Materials 4 Dekabr 2009 12:05 (UTC +04:00)
İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general İsmail Əhmədi Müqəddəm bildirib ki, dekabrın 7-si (16 azər tarixi) Tələbələr günündə hansısa qeyri-adi yığıncağın olacağı haqda məlumat yoxdur, lakin qeyri-qanuni şəkildə toplantılar və mitinqlər keçirilərsə, polis onun qarşısını alacaq. Eyni zamanda İranın Sepah Keşikçilər Korpusunun Terhan əyaləti üzrə Seyidu-Şühəda qərargahının rəisi general Əli Fəzli bildirib ki, Tələbələr günündə ölkənin bütün universitetlərində, xüsusilə Tehranda tələbələrə gül paylanacaq. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Bu dəfə Sepah tələbələrə gül paylayacaq

Azərbaycan, Bakı, 04 dekabr / Trend /

İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general İsmail Əhmədi Müqəddəm bildirib ki, dekabrın 7-də Tələbələr günündə hansısa qeyri-adi yığıncağın olacağı haqda məlumat yoxdur, lakin qeyri-qanuni şəkildə toplantılar və mitinqlər keçirilərsə, polis onun qarşısını alacaq. Eyni zamanda İranın Sepah Keşikçilər Korpusunun Tehran əyaləti üzrə Seyidu-Şühəda qərargahının rəisi general Əli Fəzli bildirib ki, Tələbələr günündə ölkənin bütün universitetlərində, xüsusilə Tehranda tələbələrə gül paylanacaq. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Fəzli əlavə edib ki, Tələbələr günündə ölkənin bəzi universitetlərində çaxnaşmaların yaradılacağı haqda məlumat var: "Lakin güman etmirəm ki, xüsusi bir hadisə baş versin. Hər halda biz lazımi tədbirlər görmüşük".

Trend -un arayışı: 1953-cü ildə ABŞ hakimiyyətinin İrandakı dövlət çevrilişindən (Baş nazir Məhəmməd Müsəddiqin hakimiyyətinin devrilməsi) 5 ay sonra Tehran Universitetinin tələbələri Milli hakimiyyəti (Müsəddiqin höküməti) dəstəkləmək məqsədi ilə geniş şəkildə etiraz aksiyaları keçirdilər. 1953-cü il dekabrın 8-də (İran tarixi ilə azər ayının 16-sı) hərbiçilər universitetə daxil olaraq, tələbələrə atəş açdılar. Həmin hadisələrdə üç tələbə həlak oldu. Həmin ildən etibarən iranlı tələbələr bu günü Tələbələr günü kimi qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti