...

Dünya dövlətləri ətraf mühitin qayğısına qalmırlar – Əhmədinejad

Dünya xəbərləri Materials 24 Dekabr 2009 14:37 (UTC +04:00)
İqlim qəyişikliklərinə dair Kopenhagen sammiti beynəlxalq ictimaiyyətə sübut edib ki, dünya dövlətləri planeti qoruyub saxlamaq üçün hər hansı dəyişikliyə hazır deyillər. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib, Press TV məlumat verir.
Dünya dövlətləri ətraf mühitin qayğısına qalmırlar – Əhmədinejad

İqlim qəyişikliklərinə dair Kopenhagen sammiti beynəlxalq ictimaiyyətə sübut edib ki, dünya dövlətləri planeti qoruyub saxlamaq üçün hər hansı dəyişikliyə hazır deyillər. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib, Press TV məlumat verir.

"Biz iqlim dəyişikliklərinə qarşı diqqətli olmalıyıq, çünki yer kürəsi nə qədər çox istilik qəbul etsə, bir o qədər çox daşqınlarla üzləşəcəyik", - Əhmədinejad İranın cənub əyaləti olan Fars əyalətində televiziya müsahibəsi zamanı bildirib.

"Havanın çirklənməsi bütün dünyada 30 milyona qədər insanın həyatına son qoyur. Sammit dünyanın hegemon iqtisadi dövlətləri üçün imtahan olub. Sammit onların yalnız özləri haqda düşündüklərini nümayiş etdirib. Onlar insan həyatının qorunması üçün ətraf mühitin çirkləndirilməsi səviyyəsinin azaldılmasına hazır deyillər", - o əlavə edib.

Əhmədinejad ötən həftə Kopenhagendə təşkil edilmiş sammitin rəhbərlərindən biri olub.

Bir çox analitiklər hesab edirlər ki, sammit uğura nail olmayıb, belə ki, konfransda imzalanmış müqavilə hüquqi cəhətdən icbari deyil və buna görə o, qlobal istiləşmə ilə mübarizə üçün kifayət etmir.

Çərşənbə günü öz müsahibəsi zamanı Əhmədinejad deyib ki, sammitdə toplaşan dünya liderləri razılığa gələ bilməyiblər, belə ki, onlar 10 milyard dollar vəsaitin ayrılması məsələsində Çinlə razılaşmayıblar.

Əhmədinejad qeyd edib ki, kapitalizm dövrü sona yaxınlaşır və məhz Yaxın Şərq beynəlxalq münasibətləri müəyyən edəcək.

"Yaxın Şərq bütün mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu yerdir. Bura dünyanın enerji mərkəzidir, Şərq və Qərbin kəsişməsində yerləşən yerdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti