...

İranın Xuzestan əyalətində iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 Yanvar 2010 10:31 (UTC +04:00)
Ötən gecə İranın Xuzestan əyalətinin Əndimeşk şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 və 4,1 bal gücündə iki zəlzələ baş verib.
İranın Xuzestan əyalətində iki zəlzələ baş verib

Ötən gecə İranın Xuzestan əyalətinin Əndimeşk şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 və 4,1 bal gücündə iki zəlzələ baş verib. Məlumatı İranın Dövlət Televiziyasının rəsmi xəbər saytı yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 23:53-də, ikinci zəlzələnin isə 00:56-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ ki heç bir məlumat yoxdur. Əndimeşk şəhərinin sakinləri gecəni küçələrdə gecələyiblər.

Xəbər lenti

Xəbər lenti