...

Əhmədinejad İranın məhkəmə sistemini tənqid edib

Dünya xəbərləri Materials 26 Yanvar 2010 19:47 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad "insanları hər hansı tənqidə görə həbs etmək qanuna ziddir və mən bu cür həbslərin əleyhinəyəm" deyərək, İranın məhkəmə sistemini kəskin şəkildə tənqid edib.
Əhmədinejad İranın məhkəmə sistemini tənqid edib

İran Prezidenti Mahmud Əhmədinejad "insanları hər hansı tənqidə görə həbs etmək qanuna ziddir və mən bu cür həbslərin əleyhinəyəm" deyərək, İranın məhkəmə sistemini kəskin şəkildə tənqid edib. Məlumatı "Parlemannews" agentliyi yayıb.

"Bu cür həbslər diktaturanın göstəricisidir və qoy hamı bilsin ki, bu ölkədə diktatura rejiminə yer yoxdur", - o deyib.

Qanuna əsasən, yalnız nəşrlərdə İslam İnqilabını, İran Prezidenti və ali liderin şərəf və ləyaqətini təhqir edən şəxslər məhkəmə qarşısında dayanmalı və cəza çəkməlidirlər.

"Mən məhkəmə sisteminin bəzi qərarlarından narazıyam, - o deyib. - Bənzər işlərə mətbuat məsələləri ilə məşğul olan məhkəmə baxmalıdır, bu işlər birdən-birə məhkəməyə verilməməlidir. Mən çap orqanının hər məqalədə kimisə tənqid etdiyinə görə bağlanmasını doğru hesab etmirəm. Çünki bu azad söz hüququnun pozulmasıdır".

Son günlər İranda bir neçə hökumətyönlü və müxalifətyönlü orqanlar bəzi yüksəkvəzifəli şəxsləri tənqid edən məqalə nəşr etdirdiklərinə görə bağlanıb və ya xəbərdarlıq alıblar.

Xəbər lenti

Xəbər lenti