...

Çinin İrana "ürəyi yandığını" düşünmək sadəlöhvlükdir - İranın Fransadakı sabiq səfiri

Dünya xəbərləri Materials 10 Mart 2010 16:58 (UTC +04:00)
İranın Fransadakı sabiq səfiri Sadiq Xərrazi Çinin BMT Təhlükəsizlik Şurasında İrana qarşı daha sərt sanksiyaların qarşısında müqavimət göstərməsinə münasibət bildirərək deyib ki, Çinin İrana "ürəyi yandığı" üçün veto hüququndan istifadə etməsini düşünmək ağıllı dəyərləndirmədən daha çox sadəlöhvlükdir.
Çinin İrana "ürəyi yandığını" düşünmək sadəlöhvlükdir - İranın Fransadakı sabiq səfiri

İranın Fransadakı sabiq səfiri Sadiq Xərrazi Çinin BMT Təhlükəsizlik Şurasında İrana qarşı daha sərt sanksiyaların qarşısında müqavimət göstərməsinə münasibət bildirərək deyib ki, Çinin İrana "ürəyi yandığı" üçün veto hüququndan istifadə etməsini düşünmək ağıllı dəyərləndirmədən daha çox sadəlöhvlükdir.

"Mən eşitməmişəm ki, Çin BMT TŞ-də İrana qarşı hər hansı bir qətnamə qəbul edilərkən veto hüququndan istifadə etsin. Şübhəsiz ki, Çin daha sərt sanksiyalarla, xüsusilə də neftin ixracı ilə bağlı sanksiyalarla razılaşa bilməz", - Xərrazi İran radiosuna müsahibəsində "BMT TŞ-də indiyədək Çinin veto hüququndan istifadə etməsinə görə nüvə proqramı ilə bağlı İrana yeni sərt sanksiyaların qarşısı alınıb. Sizcə, Çin yenə də mi sanksiyalara qarşı veto hüququndan istifadə edəcək və Qərb ölkələrinin istəyinə tabe olmayacaq" sualının cavabında deyib.

Xərrazi əlavə edib ki, Çin iqtisadiyyatı inkişaf edir və inkişaf etməsi üçün sabit mənbədən gələn enerjiyə ehtiyacı var. "Sanksiyalar nəticəsində Çin bazarına və mənafeyinə dəyəcək ziyanı və digər ticari mənfəətləri nəzərə alsaq, bu ölkənin sərt sanksiyalarla razılaşmamasının səbəbi anlaşılandır", - Xərrazi deyib.

Xərrazi "Çin Qərbin İrana qarşı sərt sanksiyalar tətbiq etmək istəyinə tabe olacaqmı" sualının cavabında deyib ki, bu məsələ Qərbin Çini necə razı salacağından asılıdır.

ABŞQərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması öz əksini tapıb.

Hazırda Qərb İrana yeni sanksiyaların ilkin sənədini BMT TŞ-nin digər üzvləri olan Rusiya və Çinə təqdim edib. Rusiya yeni sanksiyaları diqqətdən keçirəcəyini bildirsə də, Çin İrana qarşı iqtisadi sanksiyaların artması əleyhinə olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti