...

İsveçin Türkiyədəki səfiri XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 12 Mart 2010 15:08 (UTC +04:00)
İsveçin Türkiyədəki səfiri XİN-ə çağırılıb
İsveçin Türkiyədəki səfiri  XİN-ə  çağırılıb

İşveç Parlamentinin "erməni soyqırımı"nı qəbul etməsindən sonra, bu ölkənin Ankaradakı səfiri Krister Asp Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu haqda Türkiyənin ANADOLU İnformasiya Agentliyi məlumat verib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin martın 4-də keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra, martın 11-də İşveş Parlamentinin Xarici əlaqələr komitəsi saxta "erməni soyqırımı"nı təsdiq edib.

Rəsmi Ankara İşveç Parlamentinin və ABŞ Konqresinin "erməni soyqırımı"nı qəbul etməsinə etiraz olaraq, həmin ölkələrdəki səfirlərini geri çağırıb.

İsveçin xarici işlər naziri Karl Birld məsələyə münasibət bildirirək, "erməni soyqırımı"nın qəbul edilməsinin Türkiyə - Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlara ciddi zərbə vuracağını bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, tarixdə baş verən hadislərər siyasiləşdirilməməlidir.

Xəbər lenti

Xəbər lenti