...

İran sakini daşqalaq yolu ilə edam olunmayacaq – İran Səfirliyi

Dünya xəbərləri Materials 9 İyul 2010 15:15 (UTC +04:00)
İranın Londondakı Səfirliyi KİV və insan haqlarını müdafiə təşkilatlarının İranın məhkəmə orqanlarının bu ölkənin sakini Səkinə Məhəmmədi Aştianinin daşqalaq yolu ilə edam edilməsi barədə hökm çıxarması barədə bəyanatını təkzib edib. Bu barədə Press-TV məlumat yayıb.
İran sakini daşqalaq yolu ilə edam olunmayacaq – İran Səfirliyi

İranın Londondakı Səfirliyi KİV və insan haqlarını müdafiə təşkilatlarının İranın məhkəmə orqanlarının bu ölkənin sakini Səkinə Məhəmmədi Aştianinin daşqalaq yolu ilə edam edilməsi barədə hökm çıxarması barədə bəyanatını təkzib edib. Bu barədə Press-TV məlumat yayıb.

"İranın müvafiq məhkəmə orqanlarından alınan məlumata görə, o, daşqalaq yolu ilə edam olunmayacaq", - səfirliyin məlumatında deyilir.

Bəyanatda deyilir ki, belə cəza növü İran Parlamentinin müzakirə etdiyi İslam Cinayət Məcəlləsinin layihəsinə daxil edilməyib.

Ərinə xəyanətə görə mühakimə olunan Aştianinin daşqalaq vasitəsilə edam olunacağı barədə məlumatlardan narahatlıqlarını ifadə edən Britaniyanın rəsmi şəxslərinin bəyanatlarından sonra dərc olunan səfirliyin məktubunda deyilir: "Qeyd etmək lazımdır ki, bu cəza növü İranda nadir hallarda tətbiq olunur".

Xəbər lenti

Xəbər lenti