...

İran ehtimal olunan hücuma qarşı ölkənin cənub bölgəsində "hərbi ərazi" taktikası tətbiq edəcək

Dünya xəbərləri Materials 14 İyul 2010 13:38 (UTC +04:00)
İranın cənub bölgəsinə dekabr ayının sonunadək "hərbi ərazi" taktikası tətbiq olunacaq. Bunu İranın Piyada Qoşunlarının komandiri Əhmədrza Purdəstan deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İran ehtimal olunan hücuma qarşı ölkənin cənub bölgəsində "hərbi ərazi" taktikası tətbiq edəcək

İranın cənub bölgəsinə dekabr ayının sonunadək "hərbi ərazi" taktikası tətbiq olunacaq. Bunu İranın Piyada Qoşunlarının komandiri Əhmədrza Purdəstan deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Purdəstan deyib ki, "hərbi ərazi" taktikasının tətbiqi Silahlı Qüvvələrin düşmənlər tərəfindən ehtimal olunan hər hansı bir hücumunun qarşısını almaq məqsədi ilə həyata keçirlir. "Biz bu taktikanı müxtəlif hərbi təlimlərdə sınaqdan keçirmişik və bu sahədə geniş təcrübələr əldə etmişik", - deyə Purdəstan bildirib.

Purdəstan əlavə edib ki, bu taktikanın həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün şəxsi heyət, silah-sursat və layihələr hazırlanıb və dekabr ayının sonunadək bu taktika Cənub bölgəsində tətbiq olunacaq.

"Yeni taktikada elektron müharibə aparmaq məqsədi ilə uzaqdan idarə olunan və hissedici sistemlər istifadə olunacaq", - deyə Purdəstan bildirib.

Xəbər lenti

Xəbər lenti