...

Tbilisidə QMİ-nin Gürcüstan nümayəndəliyinin açılışı keçirilib

Dünya xəbərləri Materials 27 İyun 2012 22:25 (UTC +04:00)
Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin açılışı keçirilib
Tbilisidə QMİ-nin Gürcüstan nümayəndəliyinin açılışı keçirilib

Gürcüstan, Tbilisi, 27 iyun / Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin açılışı keçirilib. Tbilisinin "Kortiard Merriott" otelində azərbaycan diaporasının, müxtəlif konfesiyalların və o cümlədən Gürcüstan Patriarxlığının nümayəndələri toplaşmışdılar.

Gürcüstan QMİ-nin nümayəndəliyin rəhbəri Hacı Əli Əliyev təyin olunub, hansı ki, 15 ildir qeyri-rəsmi bu təşkilatın nüməyəndə funksiyalarını yerinə yetirir.

Əliyev Trend-ə bildirib ki, "Gürcüstanda QMİ-nin nümayəndəliyinin açılışı tarixi faktdı, o cümlədən QMİ 200 ildən artıq mövcuddur və Gürcüstan Patriarxlığı ilə əməkdaşlıq edir.

"Bizim dostluğumuz bizim xalqlarımızın dostluq və qardaşlıq içində olmasına xidmət edir", O bildirib.

Əliyev bildirib ki, QMİ-nin nümayəndəliyi yeni yaranmış Gürcüstan Müsəlmanları İdarəsi ilə əmakdaşlıq edir.

"Gürcüstan və Azərbaycan müsəlmanları qardaşdılar və Gürcüstanda müsəlmanlar arasında problemlər olmayıb və olmayacaq",- o deyib.

Trend-ə müsahibəsində Əliyev söyləyib, 15 illik fəaliyəti dövründə Gürcüstan müsəlmanlarına 100-dən çox məscid tikintisinə töhfə verib və məscidlərin sayı indi 200-dür.

Açılış mərasimində QMİ sədrinin birinci müavini Salman Musayev çıxış edib. "QMİ-nin sədri Allahşükür Paşazadə Patriarx II İlyanın böyük dostudu və bizim xalqların dostluğuna və qardaşlığına sevinir.

O həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstkləyir və bu prisiplərə dəstəyini bütün forumlarda və toplantılarda söyləyir. QMİ bizim xalqların daha sıx əməkdaşlığına, Gürcüstan və Azərbaycan prezidentlərinin strateji əməkdaşlığına töhfə verir", - o deyib.

Xəbər lenti

Xəbər lenti