...

Ermənistanda prezident seçkiləri başlayıb

Dünya xəbərləri Materials 18 Fevral 2013 09:02 (UTC +04:00)
Ermənistanda prezident seçkiləri başlayıb. Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 8:00-dan 20:00-dək açıq olacaq.
Ermənistanda prezident seçkiləri başlayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistanda prezident seçkiləri başlayıb. Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 8:00-dan 20:00-dək açıq olacaq.

Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.

Ermənistanın MSK-sı ölkə üzrə 6883 müşahidəçi qeydə alıb ki, onların 6251-i 26 yerli ictimai, 632 nəfəri isə 12 beynəlxalq təşkilatları təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti