...

ABŞ xüsusi mühafizə orqanları Tsarnayevləri hazırlayan terrorçuları axtarır

Dünya xəbərləri Materials 21 Aprel 2013 18:43 (UTC +04:00)
ABŞ FTB-nin və polisinin müstəntiqləri Bostonda terror aktının təşkilində şübhəli bilinən Tsarnayev qardaşlarına partlayıcı qurğularla işləməyi öyrədən terrorçuları axtarır. Bu barədə RİA Novosti agentliyi "Daily Mirror" qəzetinə istinadən bazar günü məlumat verir.
ABŞ xüsusi mühafizə orqanları Tsarnayevləri hazırlayan terrorçuları axtarır

Azərbaycan, Bakı, 21 aprel /Trend/

ABŞ FTB-nin və polisinin müstəntiqləri Bostonda terror aktının təşkilində şübhəli bilinən Tsarnayev qardaşlarına partlayıcı qurğularla işləməyi öyrədən terrorçuları axtarır. Bu barədə RİA Novosti agentliyi "Daily Mirror" qəzetinə istinadən bazar günü məlumat verir.

"Bizdə şübhə yoxdur ki, onlar (Tsarnayevlər) tək hərəkət etməyiblər. İki bombanın partladılmasında istifadə olunan qurğular olduqca mürəkkəb olub və insanların "Google" vasitəsilə öyrənə biləcəyi əşyalara oxşamırlar. Kimsə qardaşlara belə bilikləri verib, bizim məqsədimiz isə hazırda onları tapmaqdır", - qəzet ABŞ hüquq-mühafizə orqanlarındakı mənbədən sitat gətirir.

FTB agentləri hesab edirlər ki, Tsarnayevlərin arxasında uzun illər hazırlanan və anı hərəkətə keçməyi gözləyən terrorçuların "məxfi özəyi" durub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti