...

İranın sabiq prezidenti: Neft gəlirləri istehsal sektoruna yönəlməlidir

Dünya xəbərləri Materials 20 İyun 2013 02:50 (UTC +04:00)
Neft gəlirləri istehsal sektoruna yönəlməlidir, İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsancani çərşənbə günü bildirib. Bu barədə Trend İLNA agentliyinə istinadən məlumat verir.
İranın sabiq prezidenti: Neft gəlirləri istehsal sektoruna yönəlməlidir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir F.Eminli/

Neft gəlirləri istehsal sektoruna yönəlməlidir, İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsancani çərşənbə günü bildirib. Bu barədə Trend İLNA agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, neft gəlirlərinin bir hissəsi kritik vəziyyətlərin həlli üçün saxlanılmalıdır.

Ölkənin sənaye və ticarət sektorlarındakı ehtiyacları effektiv və təcrübəli kadrlardan istifadə etməklə yerinə yetirilməlidir, Rəfsancani əlavə edib.

Rəfsancaninin sözlərinə görə, son illərdə neft gəlirləri yerli istehsalçıların dəstəyinin yerinə, əsasən malların idxalı üçün istifadə edilib.

O, həmçinin qeyd edib ki, İranın siyasi idarə edilməsində olan dəyişikliklər bu sektorlardakı problemləri həll etməyə kömək edə biləcək.

Xəbər lenti

Xəbər lenti