...

Yəmən paytaxtında terrorçu minalanmış mikroavtobusu partladıb

Dünya xəbərləri Materials 4 Fevral 2014 10:19 (UTC +04:00)
Yəmən paytaxtında ölkənin Müdafiə Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verib.
Yəmən paytaxtında terrorçu minalanmış mikroavtobusu partladıb

Azərbaycan, bakı, 4 fevral /Trend/

Yəmən paytaxtında ölkənin Müdafiə Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər yayıb.

İntiharçı-terrorçu Sanada nazirliyin divarları yanında minalanmış mikroavtobusu partladıb.

Məlumata görə, terror aktı nəticəsində 13 nəfər xəsarət alıb. Həlak olanlar barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti