...

Serj Sarkisyan Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 6 Fevral 2014 12:48 (UTC +04:00)
Ermənistanın dövlət başçısı Serj Sarkisyan fevralın 6-dan 9-na Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Rusiyada işgüzar səfərdə olacaq.
Serj Sarkisyan Rusiyaya səfər edəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Ermənistanın dövlət başçısı Serj Sarkisyan fevralın 6-dan 9-na Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Rusiyada işgüzar səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə panorama.am saytı dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.

Soçidə XXII Qış Olimpiya Oyunları fevralın 7-dən 23-dək keçiriləcək.
Olimpiadada 15 idman növü üzrə 98 mükafat dəsti uğrunda mübarizə aparılacaq. Yarışlar 11 idman obyektində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti