...

Cənubi Koreyada uçulan binada ölənlərin sayı on nəfərə çatıb

Dünya xəbərləri Materials 18 Fevral 2014 12:03 (UTC +04:00)
Cənubi Koreyada paytaxt Seuldan 370 kilometr qərbdə yerləşən Kemçju şəhərində binanın uçması nəticəsində 10 nəfər həlak olub, 14 nəfər itkin düşüb.
Cənubi Koreyada uçulan binada ölənlərin sayı on nəfərə çatıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Cənubi Koreyada paytaxt Seuldan 370 kilometr qərbdə yerləşən Kemçju şəhərində binanın uçması nəticəsində 10 nəfər həlak olub, 14 nəfər itkin düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya KİV-i "Renxap" agentliyinə istinadən xəbər verib.

Faciə bazar ertəsi yerli vaxtla saat 21:06-da baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb binanın dam örtüyünün yağan qarın ağırlığına davam gətirməməsi olub.

Dağıntılar altından birinci kurs tələbələri üçün təşkil olunmuş şənliyin təşkilatçısı da daxil olmaqla, 10 nəfərin meyiti tapılıb. Şənlikdə 500-dən artıq tələbə iştirak edirmiş. Daha 3 tələbə və 3 təşkilatçının taleyindən xəbər yoxdur.

Yerli polisin verdiyi məlumata görə, ümumilikdə qəzada 112 tələbə xəsarət alıb. O, itkin düşənlərin hələ də dağıntılar altında ola biləcəklərini bildirib. Polis 17 nəfərin ciddi, 84 nəfərin isə yüngül xəsarət aldığını bildirib.

Hadisə yerində 400-ə yaxın xilasetmə xidməti və polis əməkdaşı çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti