...

Ukrayna hərbçiləri Kramatorskda könüllülərə atəş açıblar, üç nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 17 Aprel 2014 00:53 (UTC +04:00)
Ukrayna hərbçiləri Kramatorskda könüllülərə atəş açıb, üç nəfər yaralanıb.
Ukrayna hərbçiləri Kramatorskda könüllülərə atəş açıblar, üç nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ukrayna hərbçiləri Kramatorskda könüllülərə atəş açıb, üç nəfər yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə federallaşma tərəfdarlarının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Kramatorsk şəhərinin Pçyolkino rayonunda könüllülər avtomobillə Ukrayna hərbçiləri tərəfindən dünən axşamdan saxlanılan aerodroma gedən bir neçə desantın döyüş maşınından (DDM) ibarət kolonnanı dağıtmaq istəyiblər.

Cərgəyə girərkən, onlar sonuncu maşının yolunu kəsiblər. Ukrayna hərbçiləri onlara qarşı atəş açıblar. Bir könüllü çiynindən xəsarət alıb, iki nəfər isə ayağından yaralanıb. Döyüş maşını aerodrom tərəfə yarıb keçib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti