...

Rusiya və Gürcüstan müntəzəm aviareysləri bərpa ediblər

Dünya xəbərləri Materials 17 Sentyabr 2014 12:20 (UTC +04:00)
Rusiya və Gürcüstan müntəzəm aviareysləri bərpa ediblər. Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rusiya və Gürcüstan müntəzəm aviareysləri bərpa ediblər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend

Rusiya və Gürcüstan müntəzəm aviareysləri bərpa ediblər. Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Gürcüstan Xarici İşlər Nazirliyinin notasına uyğun olaraq 2014-cü il sentyabrın 15-dən Moskva-Tbilisi-Moskva marşrutu üzrə müntəzəm hava nəqliyyatı bərpa edilib".

Qeyd edək ki, Rusiya və Gürcüstanın müntəzəm aviareysləri 2008-ci ilin avqustundan dayandırılmışdı.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Rusiya Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir ki, Sərnişin və yük daşıyanların beynəlxalq hava daşınmalarını icra etməsinə icazə üzrə idarələrarası komissiya "Aeroflot", "VİM-Avia", "Qlobus", S7, "Transaero", "Ural Hava Yolları " və UTair şirkətlərinə Gürcüstan və Rusiyanın paytaxtları arasında müntəzəm reyslərin həyata keçirilməsinə icazə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti