...

Nobel Sülh mükafatı pakistanlı hüquq müdafiəçisinə və hindistanlı fəala verilib

Dünya xəbərləri Materials 10 Oktyabr 2014 14:53 (UTC +04:00)
2014-cü ilin Nobel Sülh mükafatı pakistanlı hüquq müdafiəçisi Malal Yusafzal və uşaqların hüquqları uğrunda mübarizə aparan hindistanlı fəal Kaylaş Satirtiyə verilib.
Nobel Sülh mükafatı pakistanlı hüquq müdafiəçisinə və hindistanlı fəala verilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2014-cü ilin Nobel Sülh mükafatı pakistanlı hüquq müdafiəçisi Malal Yusafzal və uşaqların hüquqları uğrunda mübarizə aparan hindistanlı fəal Kaylaş Satirtiyə verilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Bu il mükafatın iddiaçıları sırasında 278 namizəd olub. Onlardan 47-si ictimai və siyasi təşkilatlar olub.

Nobel mükafatı qaliblərinin mükafatlandırılma mərasimi ənənəvi olaraq mükafatın təsisçisi, İsveç ixtiraçısı və sənayeçisi Alfred Nobelin (1833-1896) vəfatı günü - dekabrın 10-da Stokholmda və Osloda keçirilir. Nobelin vəsiyyət etdiyi beş mükafatdan yeganə olaraq sülh mükafatı təsisçinin arzusu ilə Osloda təqdim edilir. Fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat sahəsindəki digər mükafatlar isə Stokholmda təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti