Azərbaycan, Bakı, 25 aprel /Trend/
Aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Baş verən dəhşətli zəlzələ ən az 150 nəfərin həyatına son qoyub. Xeyli sayda insan xəsarət alıb, külli miqdarda dağıntılar var.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, 7,9 bal gücündə baş verən zəlzələ bu səhər yerli vaxtla saat 06:11-də qeydə alınıb.
ABŞ Geologiya Xidməti zəlzələ ocağının dərinliyini 15 kilometr hesablayıb.