...

Fransa vətəndaşları tam nəzarət altında olacaqlar

Dünya xəbərləri Materials 6 May 2015 21:17 (UTC +04:00)
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) ölkə vətəndaşlarının izlənilməsi haqqında qanun layihəsini bəyənib.
Fransa vətəndaşları tam nəzarət altında olacaqlar

Azərbaycan, Bakı, 6 may /Trend/

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) ölkə vətəndaşlarının izlənilməsi haqqında qanun layihəsini bəyənib.

Trend-in məlumatına görə, lehinə 438, əleyhinə isə 86 deputatın səs verdiyi qanun layihəsinə əsasən, təhlükəsizlik xidmətlərinin əməkdaşlarına vətəndaşları izləmək, o cümlədən telefon danışıqlarını dinləmək üçün icazəni məhkəmə deyil, xüsusi yaradılmış qurum verəcək.

Fransanın Baş naziri Manuel Valsın fikrincə, bu qanun layihəsi terrorizmin qarşısını vaxtında almaq baxımından vacibdir.

Senatda qanun layihəsi ilə bağlı səsvermənin gələn ay keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti