...

Tbilisidə timsah, begemot və pələng gəzir (ƏLAVƏ OLUNUB) (FOTO)

Dünya xəbərləri Materials 14 İyun 2015 14:45 (UTC +04:00)
Tbilisidə baş vermiş güclü daşqın nəticəsində paytaxt zooparkındakı vəhşi heyvanların qaçdığı da bildirilir.
Tbilisidə timsah, begemot və pələng gəzir (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 14:30-da yayılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Tbilisidə baş vermiş güclü daşqın nəticəsində paytaxt zooparkındakı vəhşi heyvanların qaçdığı da bildirilir.

Trend-in "Qruziya-Onlayn"a istinadən verdiyi məlumata əsasən, zooparkdan qaçan heyvanların axtarışına aidiyyəti qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.

Məlumata görə, heyvanxanadan qaçan 6 canavar öldürülüb. Şəhərdə timsah, begemot və pələngin gəzdiyi bildirilir.

Şahidlər deyiblər ki, iki şir də öldürülüb. Zoopark ərazisində ölən heyvan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti