...

Yerevanda fəallardan biri etiraz əlaməti olaraq ağzını tikdi

Dünya xəbərləri Materials 7 İyul 2015 10:32 (UTC +04:00)
İcazəsiz etiraz aksiyasının 30-a yaxın iştirakçısı Yerevanın mərkəzindəki Azadlıq meydanında gecələyib.
Yerevanda fəallardan biri etiraz əlaməti olaraq ağzını tikdi

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İcazəsiz etiraz aksiyasının 30-a yaxın iştirakçısı Yerevanın mərkəzindəki Azadlıq meydanında gecələyib. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Ovi adlı fəal etiraz əlaməti olaraq ağzını sapla tikib. O, yemək yeyə və danışa bilmir, ancaq su içə bilir: "Özümü normal hiss edirəm, çox ağrımıram".

Etiraz liderlərindən biri David Sanarsaryan da aclıq aksiyasını davam etdirir. Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan zaman başından zədə alan D.Sanarsaryan xəstəxanaya yerləşdirilib. Axşam fəal yenidən etirazçılara qoşularaq gecəni Azadlıq meydanında keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti