Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Yelena Kosolapova/
Qazaxıstanın "Air Astana" milli hava daşıyıcısı Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin Xəzər dənizindən raket buraxması ilə əlaqədar Almatı-Bakı-Almatı beynəlxalq reysinin marşrutunu dəyişmək qərarına gəlib.
Bunu Trend-ə şirkətin baş ofisinin İctimaiyyətlə əlaqələr departamentindən deyiblər.
Şirkətdən deyiblər ki, reys üzrə qiymətlər əvvəlki kimi qalır: "Bununla belə, İstanbul və Tbilisiyə reyslərin marşrutları dəyişməyib. Zərurət yaranarsa, onlar da dəyişə bilər".