...

Praqa Pekinlə qardaşlaşmış şəhər olmaq istəmədi

Dünya xəbərləri Materials 23 Fevral 2016 11:16 (UTC +04:00)
Praqa Pekinlə qardaşlaşmış şəhər olmaqdan imtina edib.
Praqa Pekinlə qardaşlaşmış şəhər olmaq istəmədi

Bakı. Elçin Hüseynov - Trend:

Praqa Pekinlə qardaşlaşmış şəhər olmaqdan imtina edib. Çexiya paytaxtının Şəhər Şürası Çin tərəfinin müvafiq təklifinə rədd cavabı verib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

İmtinaya səbəb kimi ikitərəfli sazişdə "Çinin ərazi bütövlüyünün və siyasətinin tanınması" şərti göstərilir.

Şəhər Şürası hesab edir ki, sənəddə xülasə edilmiş "Praqa bütöv Çin siyasətini, o cümlədən Tayvanı, ölkənin ayrılmaz hissəsi kimi tanıyır" müddəası qəbul olunmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti