...

Mixail Qorbaçov 85 yaşını qeyd edir

Dünya xəbərləri Materials 2 Mart 2016 12:33 (UTC +04:00)
SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov bu gün 85 illiyini qeyd edir.
Mixail Qorbaçov 85 yaşını qeyd edir

Bakı. Elçin Hüseynov - Trend:

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov bu gün 85 illiyini qeyd edir.

Trend TASS-a istinadən xəbər verir ki, M.Qorbaçov siyasəti diqqətlə izləyir və yubiley ərəfəsində "Novaya qazeta"da dünya problemlərinə həsr edilmiş yeni məqaləsini çap etdirib.

"Qorbaçov fondu"nun mətbuat katibi Pavel Palajçenko bildirib ki, bu məqalədə müəllif dünya problemlərini qiymətləndirir və tövsiyələrini verir. O deyib ki, yubiley təntənəli şam yeməyi ilə yekunlaşacaq. Şam yeməyinə 150-dən çox siyasətçi, jurnalist, dost və qohum çağırılıb.

Yubiley öncəsi Fond "Qorbaçov həyatda" adlı yeni kitabı nəşr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti